Haqqında

Səyadulla Kərimli 1946-cı il iyulun 1-də Yardımlı rayonunun Zenqaran kəndində anadan olmuşdur. Orta təhsilini 1966-cı ildə Yardımlıdakı M.F. Axundov adına 1 saylı məktəbdə almışdır. 1967-1969-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. İxtisasca filoloqdur. Əmək fəaliyyətinə Yardımlı rayonundakı Hamarkənd kənd orta məktəbində müəllimlikdən başlamışdır. 1976-1977-ci illərdə həmin məktəbdə tədris işləri üzrə direktor müavini işləmişdir. 1977-ci ilin sonunda ailəsi ilə bərabər Bakı şəhərinə köçmüş, bir il Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir, 1978-1981-ci illərdə “Azərnəşr”də redaktor, böyük redaktor, 1982-1990-cı illərdə “Zəka” jurnalında məsul katib, 1991-2005-ci illərdə “Zəka” jurnalında baş redaktor, 2006-2008-ci illərdə “Respublika” qəzetində ədəbi redaktor, 2008-2009-cu illərdə isə “Lider” TV-nin Dublyaj redaksiyasında redaktor vəzifələrində çalışmışdır. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında həmişə mühüm fəaliyyəti olub. Fəxri adlara, fəxri fərmanlara, müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyinin (1981), Azərbaycan Ziyalılar Cəmiyyəti İdarə Heyətinin üzvüdür (1992). “Qızıl qələm” mükafatı laureatıdır (1995).

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s